İsrail Suriya ərazisinə zərbə endirdiyini təsdiqləyib Gündəm

İsrail Suriya ərazisinə zərbə endirdiyini təsdiqləyib

​İsrail hakimiyyəti dövlətin təhlükəsizliyinə yönəlmiş təhdidlərə cavab olaraq Suriya ərazisinə zərbə endirildiyini təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, ​KİV-in məlumatına görə, söhbət İdlib əyalətindəki Əbu əl-Duhur hərbi aerodromuna endirilən zərbələrdən gedir.

​"Biz dəfələrlə xəbərdarlıq etmişdik: dövlətin təhlükəsizliyinə qarşı olan təhdidlərə dözməyəcəyik", — deyə hakimiyyət nümayəndələri qeyd edirlər.

​Bununla bağlı daha əvvəl İsrail aviasiyasının Suriyanın İdlib əyalətinin şərqində yerləşən Əbu əl-Duhur hərbi aerodromunun uçuş-eniş zolağına dörd hava hücumu həyata keçirdiyi barədə məlumat verilmişdi.

Məryəm Quliyeva