17:26
357
“ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Rusiyaya səfəri hazırlıq və razılaşdırma tələb edir”.
Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Bu səfərlə bağlı o qədər çox sual var ki, sanki söhbət hansısa yerdən, məsələn, dostların Kaluqadan Moskvaya baş çəkməsindən gedir. Başa düşürsünüz? Bu, ciddi beynəlxalq görüşdür və onun hazırlanması və razılaşdırılması tələb olunur”, - Uşakov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
Rusiya prezidentinin köməkçisi qeyd edib ki, Kreml ABŞ nümayəndələrinin səfəri barədə yalnız məsələ dəqiqləşdikdən sonra məlumat verəcək.