Cənubi Koreya və ABŞ birgə hərbi təlimləri vaxtından əvvəl başa çatdıracaq Dünya

Cənubi Koreya və ABŞ birgə hərbi təlimləri vaxtından əvvəl başa çatdıracaq

Cənubi Koreya və ABŞ “Ulchi Freedom Shield” birgə hərbi təlimlərini planlaşdırılandan əvvəl - avqustun 21-də başa çatdıracaq.

APA xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat verib.

Məlumata görə təlimlərin avqustun 17-dən 27-dək keçirilməsi nəzərdə tutulmuşdu.

Tərəflər ABŞ-ın təklifi ilə təlimlərin müddətini və miqyasını azaltmaq qərarına gəliblər.

Həmçinin birgə səhra təlimlərinin bir hissəsi ixtisar ediləcək.