Fransa iki İran diplomatını ölkədən çıxarır Gündəm

Fransa iki İran diplomatını ölkədən çıxarır

Fransa casusluqda şübhəli bilinən iki İran diplomatını ölkədən çıxarır.

Xalqcebhesi.az xəbər verir ki, bu qərar iyulun 19-da Tehranda Fransa səfirliyinin iki əməkdaşının saxlanılmasından sonra iki ölkə arasında münasibətlərin kəskin pisləşməsi fonunda qəbul edilib. Həmin əməkdaşlar sonradan azad edilərək Fransaya qayıdıblar. Cavab olaraq İran iki fransalı diplomatı "arzuolunmaz şəxs" elan edib və onların ölkəyə girişinə qadağa qoyub.

Məryəm Quliyeva