Nyu-York birjasında təbii qazın qiymətində cüzi artım olub İqtisadiyyat

Nyu-York birjasında təbii qazın qiymətində cüzi artım olub

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

“APA-Economics" xəbər verir ki, 2026-cı ilin sentyabr ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,07% artaraq 2,78 ABŞ dolları təşkil edib.