Böyük Britaniya Baş naziri Rusiyanın təhdidlərinə cavab verdi Dünya

Böyük Britaniya Baş naziri Rusiyanın təhdidlərinə cavab verdi

“Rusiyanın Ukraynanın Böyük Britaniya dronlarından istifadəsinin nəticələri ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, London Kiyevi dəstəkləməyə davam edəcək”.

Bunu Böyük Britaniya Baş naziri Endi Börnem deyib.

“Biz yalnız xoş günlərdə yox, həm də çətin anlarda Ukraynanın yanında olacağıq və bu, dəyişməyəcək”, - o bildirib.

Britaniya Baş nazirinin sözlərinə görə, London Ukraynaya özünü müdafiə edə bilməsi üçün dəstək verir. Börnem Britaniyanın əvvəlki hökumət başçılarının da oxşar mövqe tutduğunu və bunun dəyişməz qalacağını vurğulayıb.