İsrail ordusu Qəzzada HAMAS liderlərinə qarşı əməliyyat keçirib Dünya

İsrail ordusu Qəzzada HAMAS liderlərinə qarşı əməliyyat keçirib

İsrail ordusu Qəzzanın şimalındakı Şati bölgəsində HAMAS liderlərinə hücum etdiyini açıqlayıb.

Bu barədə Qətərin “əl-Cəzira” telekanalı İsrail mediasına istinadən məlumat yayıb.

“Qüvvələrimizə qarşı olan təhlükəni aradan qaldırmaq üçün Qəzza şəhərinə hava hücumunda HAMAS liderlərini hədəf aldıq. Biz HAMAS-ın 4 liderini hədəf aldıq. Onlardan biri bölük komandiri, 3-ü isə tabor komandiri idi. Hədəf alınan HAMAS liderləri Qəzzada qüvvələrimizə qarşı terror hücumu planlaşdırırdılar”, - İsrail ordusunun açıqlamasında deyilir.