10:57
420
ABŞ Prezidenti Donald Trampın administrasiyası Oman hakimiyyətinin Hörmüz boğazına nəzarət məsələsinə dair İranla aparılan danışıqlarda həddən artıq güzəştə yol verdiyini hesab edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Agentliyin qeyd etdiyinə görə, Birləşmiş Ştatlar İran və Oman arasında əldə olunmuş razılaşmaların bir hissəsi ilə razılaşmır. Vaşinqtonun xüsusi narazılığına səbəb olan məqam iki ölkənin Hörmüz boğazına giriş-çıxışa birgə nəzarət etməsi və gəmi sahiblərindən tranzit rüsumlarının toplanması barədə şərtlərdir. Ağ Ev Omanın İranla danışıqları kifayət qədər sərt aparmadığı qənaətindədir.
Məryəm Quliyeva