Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb İdman

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kiloqramda medalçılar müəyyənləşib.

Emin Cavadlı (55 kiloqram) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz tam üstünlüklə (11:1) qalib gələrək, dünya üçüncüsü olub.

Bununla da, millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb.

Xatırladaq ki, ötən gün Cavidan Nehmətov (77 kiloqram) gümüş, Tural Əhmədov (63 kiloqram) isə bürünc medal əldə edib.