Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi: "103-ün 103-ə" Dünya

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi: "103-ün 103-ə"

Rusiya Müdafiə Nazirliyi çərşənbə günü 103 rusiyalı hərbi qulluqçunun Ukrayna əsirliyindən qaytarıldığını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə günü hərbi idarədən bildirilib.

​"Əvəzində Ukrayna Silahlı Qüvvələrinin 103 hərbi əsiri qarşı tərəfə təhvil verilib. Qaytarılan Rusiya hərbçiləri hazırda Belarus Respublikası ərazisindədirlər", — deyib.

​Məlumatda dəqiqləşdirilir ki, Rusiya hərbi qulluqçuları ilə hazırda İnsan Hüquqları üzrə Müvəkkil Yana Lantratova iş aparır.

​Hərbi idarədən bəyan edilib ki, zəruri psixoloji və tibbi yardım göstərildikdən sonra Rusiya hərbçiləri Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində növbəti müalicə və reabilitasiya keçmək üçün Rusiya ərazisinə gətiriləcəklər.

​"Rusiya hərbçilərinin əsirlikdən qaytarılması zamanı Birləşmiş Ərəb Əmirlikləri humanitar xarakterli vasitəçilik səyləri göstərib", — deyə nazirlikdən əlavə olunub.

Məryəm Quliyeva