Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi: "103-ün 103-ə"
Yanvar-iyul aylarında çay ixracından 5 mln. dollara yaxın gəlir əldə edilib
Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi olub
Azərbaycanda yeni kitabxana modelinin əsas istiqamətləri açıqlanıb
Bu gündən "Mərkəzi Azəri" platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq
13 May 16:31
2 219
Mayın 13-də “Azərbaycan Dəmir Yolları” (ADY) QSC tərəfindən Biləcəri sahəsində növbəti iməcilik təşkil olunub. Ümumdünya Şəhərsalma Forumu (WUF13) öncəsi keçirilən aksiya “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib.
ADY-dən verilən məlumata görə,“Gələcək təmiz gələcək” şüarı altında keçirilən iməcilik zamanı genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb. Müvafiq sanitar avadanlıqlarla təchiz olunan əməkdaşlar ərazini, xüsusilə də relslərin üzərini və ətrafını qatarların hərəkət təhlükəsizliyinə risk yaradan məişət tullantılarından təmizləyiblər. Toplanan tullantılar aidiyyəti üzrə təhvil verilib.
Bu təşəbbüs ADY-nin ekoloji məsuliyyətinin bir hissəsi olmaqla yanaşı, həm ətraf mühitin qorunmasına, həm infrastrukturun təhlükəsizliyinə, həm də mötəbər qlobal tədbir öncəsi şəhər ekologiyasının dəstəklənməsinə xidmət edir.