SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edir Cəmiyyət

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edir

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi (SOMDA) müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş, yaşı 26-dək, boyu 1.85 santimetr və ondan hündür, idman cüssəli, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış Bakı və Sumqayıt şəhərlərində, respublikanın Ucar, Göyçay, Goranboy, Yevlax, Bərdə, Ağdaş, Siyəzən, Şabran və Xaçmaz rayonlarında qeydiyyatda olmaqla yaşayan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, fiziki və psixoloji gərgin olmasını, eləcə də xidmətin növbəli, bəzi hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağını nəzərə alaraq müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqd. Ali təhsilli, xarici dillərdən hər hansı birini bilən və kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcək.

Agentliyə xidmətə qəbul üçün fiziki hazırlıq üzrə nəzərdə tutulan minimal normativlər:
S/S
Hərəkətin növü
Məqbul
1.100 m. məsafəyə qaçış (saniyə) 14.0
2.1000 m. məsafəyə qaçış (dəqiqə, saniyə) 4.00
3.Turnikdə dartınma: 12

Bildirək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına SOMDA-nın Kadrlar idarəsinə göndərməlidirlər.

Yalnız yuxarıda qeyd edilmiş şərtlərə uyğun gələn vətəndaşların müraciət etməsi xahiş olunur. Digər halda müraciət qəbul edilməyəcək. Elektron ərizə forması göndərilərkən əlavə məlumat göndərilməsinə zərurət yoxdur.

Qeyd edək ki, əlavə məlumat almaq üçün +994 (12)-435-45-39, +994 (12)-435-45-46 telefonları ilə əlaqə saxlamaq mümkündür.