Hakan Fidan Şibani və əl-Tani ilə Hörmüz boğazını müzakirə etdi Dünya

Hakan Fidan Şibani və əl-Tani ilə Hörmüz boğazını müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan Qətər və Suriyadan olan həmkarları ilə Hörmüz boğazı ətrafındakı və regional vəziyyəti müzakirə edib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hakan Fidan bu gün Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani və Suriya xarici işlər naziri Əsəd Şibani ilə telefon danışıqları aparıb. Qətərli həmkarı ilə söhbət zamanı Hörmüz boğazındakı vəziyyət müzakirə edilib.

Əl-Şibami ilə söhbət zamanı isə regiondakı son proseslər qiymətləndirilib.