29 İyun 2022 08:52
23 702
Onun təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı bildirilir.
Kəleybərli sənətçi və milli-mədəni fəal Mahmud Mahmudi (Ərkin Haray) İran təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Güneyli fəallar Mahmudinin iyunun 21-də saxlanıldığını, onun saxlanmasından bir neçə gün sonra bu barədə məlumat əldə edə bildiklərini bildiriblər.
Xəbərdə milli fəalın saxlanma səbəbləri ilə bağlı təhlükəsizlik idarəsinin məlumat vermədiyi, ancaq Babək qalasına illik yürşə hazırlıq işlərinə görə həbs edildiyinin ehtimal olunduğu qeyd olunub.
Mahmud Mahmudi bundan öncədə Babək qalasına yürüş mərasimlərinə görə, təhlükəsizlik idarəsi tərəfindən çağrılıb və həbs edilib.
Gunaz.tv
4 Mart 12:22
4 578
27 Fevral 11:47
7 490
26 Fevral 12:43
7 049