Şərqi Azərbaycanda yol qəzaları qurbanlarının statistikası açıqlandı Güney Azərbaycan

Şərqi Azərbaycanda yol qəzaları qurbanlarının statistikası açıqlandı

Ötən günəş ili ərzində (20 mart 2022-20 mart 2023) Şərqi Azərbaycan əyalətində yol qəzalarında həyatını itirənlərin statistikası açıqlanıb.

Gunaz.tv

Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı Orucəli Əlizadə mediaya verdiyi açıqlamada qeyd olunan dövrdə 628 nəfərin yol qəzaları zamanı öldüyünü deyib.

Qeyd edək ki, bundan əvvəl hətta bir neçə İran rəsmisi ölkədə baş verən avtomobil qəzalarının çoxuna yerli istehsal olan avtomobillərin keyfiyyətsizliyinin səbəb oduğunu deyiblər.

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf millət vəkillərinin tənqidlərinə cavab olaraq, ölkədə avtomobil istehsalının ciddi çatışmazlıqları olduğunu etiraf edib.

Son illər İran vətəndaşları bu ölkədə istehsal edilən yerli avtomobillərə "hərəkət edən tabut" adı veriblər.