16 Mart 19:53
16 Mart 19:28
4 İyul 2023 10:02
7 427
Təbrizdə yaşayan milli-mədəni fəallar Davud Şiri, Cavad Əhmədzadə, Əlirza Səbri, Məhəmmədəli Rzayi və Hüseyn Amani Təbriz Prokurorluğunun 15-ci istintaq şöbəsinə çağırılıblar.
Gunaz.tv
Çağırış vərəqəsində həmin şəxslərdən barəlırində irəli sürülən ittihamlarla bağlı son müdafiələrini etmək üçün beş gün ərzində adıçəkilən şöbəyə getmələri tələb olunub.
Təbrizin Ümumi və İnqilab Prokurorluğunun 15-ci bölməsinin hakimi Seyid Əli Musəvi adıçəkilən fəallara qarşı "hökumət əleyhinə təbliğat" ittihamı irəli sürüb.
Hüseyn Amani, Əlirza Səbri, Cavad Əhmədzadə və Davud Şiri may ayının 18-də təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdılar.
Onlar bir neçə gün dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.
4 Mart 12:22
6 335
27 Fevral 11:47
9 198
26 Fevral 12:43
8 715