29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
16 Aprel 2024 14:18
7 301
Aprelin 13-dən 14-ə keçən gecə İrannın İsraillə raket və PUA-larla hücumu və Təl-Əvivin buna cavb verəcəyi ehtimalından sonra Təbrizin "Traxtur" futbol komandasının ispaniyalı baş məşqçisi Pako Xemez klubdan ayrılmağa qərar verib.
Gunaz.tv
Bu barədə "Traxtur" klubunun baş direktoru Huşəng Nəsirzadə açıqlama verib.
İran mediası baş məşqçinin istefa səbəbini "Traxtur"un son qarşılaşmada İsfahan təmsilçisi qarşısında 4-1 hesablı məğlubiyyəti ilə əlaqələndirməyə çalışsa da, Nəsirzadə bu iddiaları təkzib edib.
O, Pako Xemezin siyasi və təhlükəsizlik məsələlərinə görə istefa tələb etdiyini söyləyib.
"Xemez siyasi səbəblərə görə komandadan ayrılmaq qərarına gəlib. Ölkədə təhlükəsizlik problemi olmasa da, bəziləri bu barədə fərqli düşünür",- Nəsirzadə bildirib.
Bununla yanaşı "Traxtur" komandasında oynayan braziliyalı Qustav Vaqnin də İranı tərk etmək qərarına gəlib.
Huşəng Nəsirzadənin sözlərinə görə, Braziliyanın İrandakı səfirliyi Qustav Vaqnindən İranı tərk etməsini istəyib.
İctimai dairələrdə “Tiraxtur” futbol komandasının baş məşqçisi vəzifəsinə təyin edilmək üçün Yəhya Gülməhəmmədi, Rəsul Xətibi, Fərhad Məcidi və türkiyəli Ərtoğul Sağlam kimi baş məşqçilərin adları çəkilir.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 933
25 Avqust 11:13
2 814