19 Noyabr 17:13
19 Noyabr 15:19
3 Dekabr 2024 11:20
10 101
Təbriz, Həmədan, Zəncan və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.
Gunaz.tv
Dekabrın 2-də keçirilən aksiya barədə Azad İşçilər Birliyi məlumat yayıb.
Məlumata görə, təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.
Qeyd edək ki, təqaüdçülərin 3 ilə yaxındır eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.
18 Noyabr 12:36
1 232
18 Noyabr 12:35
1 246
18 Noyabr 12:35
1 155