29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
13 Yanvar 2025 11:13
9 919
Şərqi Azərbaycan əyalətinin Marağa şəhərinin “Kave Soda” şüşə zavodunun ətraf mühiti çirkləndirməsi ilə bağlı məsələni ictimailəşdirən milli fəal Səid Minayini prokurorluğa çağırılıb.
Gunaz.tv
Bu barədə o, özünün sosial media hesabında paylaşım edib.
Fəalın prokurorluğa çağırılması, şirkətin ötən ilin noyabr ayında ondan əhkəməyə şikayət etməsi ilə bağlıdır.
Minayi keçən ilin yayında “Kave Soda” şirkətinin tullantı sularını Urmu gölünə axıtmaq üçün Binab şəhəri və ətrafında qazma işləri aparmasının təhlükələri və gələcəkdəki fəsadları haqqında yazılar paylaşdığına görə, şirkət tərəfindən məhkəməyə verilmişdi.
Qeyd edək ki, bir neçə il əvvəl adı çəkilən zavodda çirkab sularının təmizlənməsi üçün buxarlanma laqonlarının qırılması və tullantı sularının yeraltı su mənbələrinə sızması nəticəsində Binabın 500, Marağanın isə 300 hektar əkin sahəsi məhv olub.
Bundan sonra zavodun fəaiyyəti dayandırılsa da, qısa müddət sonra yenidən fəaliyyətə başlayıb.
Zavodun yaratdığı ekoloji problem səbəbindən onlarla təsərrüfatçı zərər görüb, zavod və hakimiyyət isə onlara kompensasiya ödəməkdən imtina edir.
28 Avqust 10:48
1 652
25 Avqust 11:15
2 807
25 Avqust 11:13
2 702