16:37
210
İsrail diplomatları Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə ünsiyyətdən imtina edirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Qeyd olunur ki, iyun ayından bəri onunla birbaşa təmaslar olmayıb. Bununla belə, Təl-Əviv digər avropalı rəsmilərlə əməkdaşlığı davam etdirir.
"Əlaqələrin dayandırılması ilə bağlı qərar müstəsna olaraq Kallasa aiddir", – deyə İsrail Xarici İşlər Nazirliyi rəhbərinin nümayəndəsi "Politico"ya müsahibəsində vurğulayıb.
Məryəm Quliyeva