Rəsul Rəzəvi Təbriz zindanında Güney Azərbaycan

Rəsul Rəzəvi Təbriz zindanında

Güney Azərbaycan Televiziyasının Mətbuat Mərkəzinə daxil olan məlumata əsasən azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvi bir ay öncə həbs edilib.
Fəal, 2015-ci noyabr ayında İran televiziyasının yaydığı məlum təhqiramiz "Fitilə" verilişinə etiraz olaraq keçirilən aksiyalarla əlaqədar tutulub 13 ay həbs cəzasına məhkum edilmişdir. Hazırda o həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına həbsdə saxlanılır.
Bundan öncə Rasul Rəzəvi məhkəmənin ədalətsiz qərarına etiraz olaraq 45 gün aclıq aksiyası keçirdikdən sonra həbsxanadan azad edilmişdir, lakin məhkəmə ETTELAAT (İran Kəşfiyyat İdarəsi) İdarəsinin sifarışı ilə dosyesi açıq qalan fəalın yenidən həbs edilməsi və 13 aylıq həbs cəzasını çəkməsi barədə hökm çıxarıb.
Qeyd edək ki, türklərin təhqir edildiyi "Fitilə" verilişi ilə bağlı irqçiliyə qarşı keçirilən aksiyalarda onlarla soydaşımız həbs edilərək işgəncə edildi vəya cərimə ödəməyə məhkum olundu. Bunun qarşılığında "Fitilə" verilişi lümpenləri ciddi şəkildə cəzalandırılmadan yenidən televiziyaya dönüb və daha çox imkanla öz fəaliyyətlərini davam etdirdilər.