DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb
Dövlət Agentliyi: İstehlakçıların aldadılması halları ilə bağlı 17 inzibati protokol tərtib olunub
Baş Prokurorluq və DİN 25 il əvvəl törədilmiş qətlin üstünün açılması barədə birgə məlumat yayıb
Premyer Liqa klubu “Borussiya Dortmund”un futbolçusunu istəyir
9 Aprel 2025 11:42
9 429
Aprelin 4-də Təbrizin "Traxtur" futbol komandası ilə Tehranın "İstiqlal" komandasının qarşılaşmasından sonra Təbriz təmsilçisinin tərəfdarlarının sayı və komandalarını dəstəkləmələri barədə müzakirələr davam edir.
Gunaz.tv
Bu qəbildən olan müzakirələrdən biri də mərkəzi ofisi Britaniyada olan fars dilli "İraninternathional" telekanalında aparılıb.
"İdman şərhçiləri" qarşılaşmanın canlı yayımlanması zamanı azərbaycanlı aparıcının "Traxtur" koandasının tərəfdarlarının sayı barədə dəfələrlə məlumat verməsini yersiz adlandırıb, bunun qıcıqlandırıcı hərəkət olduğunu iddia ediblər.
"Təbrizdə keçirilən qarşılaşmada stadiona 100 min tərəfdarın toplandığını deyən aparıcı, sankı Təbrizlə düşmən ölkənin komandası arasında yarış keçirilirmiş kimi şərhi qəbuledilməzdir, bu "İstiqlal" komandasının milyonlarla tərəfdarını təhqir etməkdir",- idman şərhçiləri bildiriblər.
Onlar həmin qarşılaşmanın yerli əyalət televizyalarından əlavə ölkənin rəsmi "Kanal 3"ündən yayımlanmasından da narazılıqlarını ifadə ediblər.
Qeyd edək ki, ilk dəfə olaraq "Traxtur" qarşılaşması Təbriz, Urmiya, Ərdəbil, Zəncan televizyaları və İranın 3-cü kanalından canlı yayımlanıb.
Aprelin 4-də Təbrizin Yadiqari İmam (Səhənd) stadionunda Tbriz təmsilçisi Tehran komandasını 2-1 hesabı ilə məğlub edib.
Oyunu 100 min azərbaycanlı tərəfdar stadionda, 20 mindən çox tərəfdar isə stadion ətrafıdakı təpələrdən izləyib.
21 Oktyabr 11:15
1 113
19 Oktyabr 10:59
1 883
14 Oktyabr 12:13
3 108