15:33
455
Türkiyəni təmsil edən təbrizli idmançı Sarkan Yıldırım (Səccad Haşimi) daha bir beynəlxalq yarışda qızıl medal qazanıb.
Gunaz.tv
Bu haqda Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, O, Meksikanın Tlakskala şəhərində keçirilən 2026 Paralimpiya Dünya Qran Prisində 100 metrlik qaçış-T12 də qızıl medal qazanıb.
Təsnifat mərhələsindən keçdikdən sonra yenidən meydana qayıdan Yıldırım 100 metrlik finalda finiş xəttini 10.94 saniyə ilə keçərək birinci yeri tutub.
Türkiyə Milli Paralimpiya Komitəsi bu nailiyyəti 2028 Paralimpiya Oyunlarına gedən yolda uğurlu bir başlanğıc adlandırıb və təbrizli idmançını təqdir edib.
Qeyd edək ki, 2022-ci ilə kimi İranda yaşayan yüngül atlet, ölkədə idmançılara dəyər verilmədiyinə etiraz edib və Türkiyəyə sığınıb.
O, bundan əvvəl Azərbaycan əyalətlərində idman sahəsinə diqqət ayrılmadığı barədə mediaya açıqlamalar verib.
"Bir çox türk əsilli idmançı bu səbəbdən İranın digər şəhərlərinin, o cümlədən İsfahan əyalətinin klublarına keçmək məcburiyyətində qalır",- azərbaycanlı idmançı bildirmişdi.
İran mediası Türkiyə vətəndaşlığı və türk adını qəbul edən Səccad Haşiminin (Sarkan Yıldırım) Türkiyə adına qızıl medal qazanmasını qısqanclıq və narahatlıqla qarşılayıb.