Urmu gölü rəsmi sənəddə ölkə xəritəsindən silindi! Güney Azərbaycan

Urmu gölü rəsmi sənəddə ölkə xəritəsindən silindi!

Azərbaycanlıların bütün mübarizəsinə rəğmən Urmu gölününün qurudulmasında böyük rol oynayan İran rejimi indi də gölü Qeydiyyat İdarəsinin (Səbti Əsnad İdarəsi) rəsmi sənədində ölkə xəritəsindən ləğv edib. İranda bütün şəhərlərdə istifadə edilən vərəqdəki xəritədə Urmu gölünün ləğvi edilməsi bir sıra Azərbaycanlı məsulların da etirazına səbəb olub:
Qərbi Azərbaycanın əksər məsulları və o cümlədən millət vəkili Nadir Qazipur məsələdən xəbərsiz olduğunu bildirərək, gölün xəritədən silindiyi halda məsələyə etiraz edəcəyini bildirib. Qərbi Azərbaycan Vilayətinin (ostan) Qeydiyyat İdarəsinin baş müdiri Cəvankiya məsələdən xəbərsiz olduğunu və tezliklə bu məsələnin düzəldilməsi üçün çalışacağını bildirib.
İranın Qeydiyyat İdarəsinin Urmu gölünü sözü gedən vərəqədən ləğv etməsi Urmiyə xəbər agentliyinin məsul müdiri Əli Nəzəri tərəfindən müşahidə və ifşa olunub.
Qeyd edək ki, hazırda Urmu gölü sürətlə quruyur və artıq 95%-nin quruduğu bildirilir. Bir çox ekspert (karşünas) gölün qurumasında İran rejimini təqsirli bilir. Bu vəziyyətdə Urmu gölünün xəritədən silinməsi ekoloji tərəfdarları və ümumiyyətlə Azərbaycan xalqı üçün ciddi mesaj kimi qəbul oluna bilər!