Güney Azərbaycan poemasında yeni təmayüllər Güney Azərbaycan
XX əsrin əvvəllərində, Rza şah istibdadı dövründə və II Dünya müharibəsi illərində poema janrının inkişafı (1900-1950-ci illər)
1-ci yazı
XX əsrin əvvəllərində, 1905-1911-ci illərdə İranda və Cənubi Azərbaycanda baş vermiş Məşrutə inqilabı dövründə Cənubi Azərbaycanda ilk dəfə ana dilində bir sıra qəzet və jurnallar, demokratik mətbuat orqanları dərc olunmağa başlanmışdı. Bu dövrdə buraxılan qəzet və jurnalların, demək olar ki, hamısı quruluşa qarşı çıxıb, xalqı inqilabi mübarizəyə səsləyib, ölkənin və xalqın ümumi səadəti uğrunda mübarizə aparıb.
Rza şah istibdadı dövrü XX əsrin əvvəllərini, konkret olaraq 1925-1941-ci illəri əhatə edir. Bu dövrün xüsusi vurğulanması təsadüfi deyil. Belə ki, Rza şahdan sonra hakimiyyətə gələn onun oğlu Məhəmmədrza şah Pəhləvi atasından da kəskin və açıq şəkildə "Vahid İran milləti" nəzəriyyəsinə söykənən farslaşdırma siyasəti aparmağa başlayıb. Hətta 1958-ci ildə Nazirlər kabinetinin iclasında Maarif nazirinə açıq mətnlə müraciət edərək bildirmişdi ki, elə edin ki, uşaq bağçalarında, məktəblərdə fars dilini icbari tətbiq etməklə qeyri farslar öz ana dillərini unutsunlar!
Müəyyən tarixi şəraitdə cəmiyyətin həyatında baş verən dəyişikliklərlə əlaqədar olaraq ədəbiyyatın ictimai mühitə münasibəti fəallaşır, gerçəkliyin dərki və realistcəsinə təhlili, onlara münasibət bildirmək yazıçı və şairlərdən hətta tələb edilir. Ədəbi dilin formalaşmasında ədəbiyyatın ictimai mühitə münasibəti mühüm rol oynayır. Güney Azərbaycan türklərinin ədəbi dilinin və anadilli mətbuatın inki afında İkinci Dünya müharibəsi (1939-1945) başladıqdan sonra İrana müvəqqəti olaraq sovet qoşunlarının yeridilməsi və 1941-ci ildə Qızıl ordu hissələrinin Təbrizə daxil olması hadisəsinin də az əhəmiyyəti yoxdur. Bu dövrdə Güney Azərbaycanda mətbuat yenidən dirçəlir, bir sıra yeni qəzet və jurnallar nəşrə başlayır. "Həmin hadisə nəticəsində Güney Azərbaycan Sovet İttifaqının Şərqlə bağlı siyasi oyunları fonunda müvəqqəti olaraq öz milli mətbuatını, dilini inkişaf etdirməyə başlamışdı. Əlbəttə, azılı ədəbi dilin formala ması prosesi də 1945-ci il sentyabr ayının 3-də yaradılan və 11 dekabr 1946-cı ilədək Güney Azərbaycanda güclü fəaliyyət göstərən Azərbaycan Demokrat Firqəsinin (ADF) demokratik hərəkata rəhbərlik etməsi və hakimiyyəti ələ alan Milli Hökumətin möhtə əm fəaliyyəti ilə (12 dekabr 1945 - 12 dekabr 1946) mümkün olmuşdu. Qeyd edilməlidir ki, Azərbaycan tarixinin qızıl dövrü olan bu bir il ərzində Azərbaycan dili bazasında şəhərlərdə 500 və kəndlərdə 2500 ibtidai və orta məktəb təşkil edilərək fəaliyyətə başladı. 3800 savadsızlığı ləğvetmə kursları yaradıldı. 1941-1945-ci illərdə əhalisinin 89%-nin kəndlərdə yaşadığı və 99%-nin savadsız olduğu Azərbaycanda bu qısa zaman kəsiyində ədəbi dili bir neçə şair və yazıçının əsərləri ilə formalaşdırmaq qeyri-mümkün olan bir iş idi. Bu günün özündə belə Azərbaycan ədəbi dilinin normalarına uyğun bir səviyyədə yazılmış nə elmi, nə də bədii bir əsəri ortaya qoymaq olmaz. B.Çobanzadə qeyd edirdi ki, türk dilləri ailəsində ən mükəmməl qrammatikaya malik dil Azərbaycan dilidir, amma o bunu Şimali Azərbaycan haqqında söyləyib. Cənubda M.Fərzanənin Müasir Azərbaycan dili adlı 4 cildlik əsəri də Şimali Azərbaycanda çıxmış eyni adlı əsərlər (Orfoepiya, Orfoqrafiya, Morfologiya və Sintaksis) əsasında hazırlanmışdı. Təəssüf ki, bu əsərlər özünün tətbiq olunma obyektini bu günə kimi tapa bilməyib. Bunun üçün Azərbaycan dilində kütləvi icbari təhsil sistemi lazımdır. Təəssüf ki, İran dövlətinin Əsas Qanununda müvafiq maddənin olmasına baxmayaraq, bu gün də belə bir şərait yoxdur. Cənubi və Şimali Azərbaycanda ədəbi dil həmin vaxt təxminən eyni şəkildə işlənmək imkanı əldə etmişdi. Bu illərdə fars dilində "Məsləhət", "Yeni ərq" kimi dövri nəşrlərin yayımlanması da Azərbaycan dilinin inki afında müəyyən rol oynayırdı. ADF-in rəsmi orqanı olan "Azərbaycan" qəzetinin bu sahədəki xidmətləri isə daha böyük idi. Bunlardan əlavə, Təbrizdə "Fəryad", " ahin", "Ədəbiyyat səhifəsi", "Vətən yolunda", "Əxtər-e emal" (Şimal ulduzu), Ərdəbildə "Yumruq", Urmiyada "Qızıl əsgər" qəzetləri də sosializm ideyalarının təbli inə xidmət edirdi. Rus, Azərbaycan və fars dillərində nəşr edilən və sırf ordu qəzeti olan "Qızıl əsgər"insə məqsədi aydın idi və təbliğatçı bir orqan kimi aktiv fəaliyyət göstərirdi. Bununla belə, "Qızıl əsgər"in Azərbaycan variantı ədəbi dilimizin formalaşmasına birbaşa xidmət edir və inkişafına güclü təsir göstərirdi.
Fil.ü.f.d. M.Mehdibəyova da "Güney Azərbaycan mühacirət nəsri (1947-1990-cı illər" adlı tədqiqatında Milli Hökumət dövründə (1946) Güneydə poeziya və nəsrin, ədəbiyyat, elm və mədəniyyətin inkişaf edib formalaşmasına S.C.Pişəvərinin nə qədər diqqət və qayğı göstərdiyini qeyd edir: "Şairlərimizin keçən şəhrivərdən indiki şəhrivərə qədər yazdıqları, cürətlə demək olar ki, əlli il müddətində yazdıqlarından daha artıq olar". Bu məsələnin S.C.Pişəvərinin rəhbərlik etdiyi dövlətin diqqət mərkəzində olduğunu prof. A.Əliqızı (Məmmədova) da təsdiqləyir: "1945-ci ildə Milli hökumətin qərarı ilə "Şairlər məclisi" Güney Azərbaycanda ədəbiyyatın məzmunca zənginləşməsində misilsiz işlər gördü. Möcüz, Niknam, Y.Şeyda, M.Biriya, Ə.Fitrət, Məhzun və digərləri milli təhqir, zülm və zorakılığa qarşı əsərlər yaratmaqla, ədəbiyyatın yeni istiqamət götürməsində və ictimai fikrin formalaşmasında müstəsna iş gördülər".
M.İbrahimov isə ədəbiyyat və həyat probleminin, şairin yaşadığı cəmiyyətlə, mühitlə əlaqəsi məsələsinin ədəbiyyatın inkişafında böyük əhəmiyyət daşıdığını qeyd edirdi: "...Öz məfkurəvi istiqamətindən asılı olaraq sənət əsərləri tarix boyu fikirləri çaşdırıb, əxlaqları pozub, insanların zövqlərini korladığı kimi, onların qəlbində ən nəcib, ən alicənab duyğular oyadıb yüksək amal və zövq də tərbiyə edə bilmək qabiliyyətinə malikdir. Yalnız həqiqətə sadiq qalmaq, yorulmadan onu dərk etməyə çalışmaq yolu ilə sənət və o cümlədən bədii ədəbiyyat insanların həyatını yaxşılaşdırmaq kimi öz başlıca vəzifəsini layiqincə yerinə yetirə bilər. Beləliklə, həyat həqiqətini dərindən və hərtərəfli duymaq və onu bədii əsərlərdə əks etdirmək məqsədinin özü ədəbiyyatı həyata doğru çəkir".
Ədəbiyyatı həyatın özünə istiqamətləndirən obyektivlik qısa, yığcam çərçivədə ifadə edilə bilmədikdə, daha geniş imkanlı janra üz tutulur. XX əsrin ilk illərindən başlayaraq Güney Azərbaycan poeziyası XIX əsrin ortalarında geniş vüsət almış mərsiyəxanlıqdan, növhəçilikdən, şikayət və aciz etirazdan tənqidə, maarifçilik ideyalarına, sonra inqilabi çağırışa, xalqın azadlıq, demokratiya uğrundakı dö-yüşlərinin, üsyanlarının təbii, canlı boyalarla, böyük sevgi və səmimiyyətlə tərənnümünə doğru istiqamət götürərək inkişaf edirdi. Sənətkarlıq baxımından böyük dəyər kəsb edən orijinal əsərlər yazılırdı. Lakin qələm sahibləri "uzun şeirə", vahid süjet xəttinə, bitkin kompozisiyaya və geniş həcmə malik mənzumə-poemalar yazmağa, nədənsə az meyil edirdilər. Ona görə də XX əsrin 40-cı illərinədək Güney Azərbaycan ədəbiyyatında yaranmış çox az sayda poema nümunələri məlumdur. Həmin nümunələrdən İrəc Mirzənin "Arifnamə" və "Məniçöhr", Məhəmməd Hidəcinin "Əfsanə", Mahmud Qə- nizadənin "Həyat və ölüm haqqında düşüncələr", Mirzadə Eşqinin "Bir qoca kəndlinin idealı" ("Üç tablo"), "Qara kəfən", "Ehtiyac, ey ehtiyac", "Vətən eşqi", Mir Mehdi Etimadın "Gəlinlər bəzəyi" və "Çərşənbə bazarı" poemaları ədəbi dəyərə malik orijinal poemalar sayılır.
Fars dilində yazıb-yaradan böyük Azərbaycan şairi İrəc Mirzənin (1874-1926) "Arifnamə" poeması İran qadınlarının hüquqsuzluğu, onların acınacaqlı taleyi kimi məsələlərə həsr olunub. Əsərdə şair digər mütərəqqi fikirli qələmdaşları kimi, qadınların hüquqsuzluğunun, vətəndaş olaraq haqlarının tapdalanmasının yeganə səbəbini Mirzadə Eşqinin (1894-1924) "Qara kəfən" adlandırdığı çadrada görür və çıxış yolunun qadınların büründüyü bu qara kəfəni atmaqda olduğu qənaətini dəsdəkləyir. K.Çaykin qeyd edirdi ki, "Arifnamə" poemasının ən təsirli, ictimai fikir nöqteyi-nəzərindən əhəmiyyətli hissəsi 87 misradan ibarət "Hicabnamə"dir. Poemanın bu hissəsində şair Şərq qadınlarını əsrlər boyunca başı örtülü, gözübağlı, qara çarşabda saxlamış, hüquqlarını məhdudlaşdırmış dinin mürtəce qayda-qanunlarını, mahiyyətini humanizm prin-siplərindən uzaq olaraq baş vermiş kobud həyat hadisəsinin, bayağı səhnələrin poetik təsviri ilə kəskin tənqid edir, satira atəşinə tutur. Əsərin müsbət cəhətləri ilə yanaşı qüsurlu cəhətlərindən də bəhs edən şərqşünas alim Böyükağa Hüseynov yazır: "Təəssüflə qeyd etməliyik ki, İrəc Mirzə bir sıra başqa əsərlərində olduğu kimi, "Arifnamə"də və onun çadra əleyhinə olan hissəsində elə naturalist səhnələr təsvir edir və elə ədəb xaricində olan istilah və ifadələr işlədir ki, həmin əsərlərin müsbət ictimai məzmunu bu fonda çox vaxt kölgədə qalır. "Çadranın tənqidi" şerində İrəc qadın mövzusuna nisbətən düzgün münasibət bəsləyir. Şair yalançı islahatlarla qadın azadlığını təmin etməyin mümkün olmayacağı fikrini təbliğ edir".
Esmira Fuad
Filologiya üzrə elmlər doktoru