Professor Cavad Heyətin səhhəti ilə bağlı yeni xəbər Güney Azərbaycan

Professor Cavad Heyətin səhhəti ilə bağlı yeni xəbər

Xəstəxanada müalicə alan məşhur azərbaycanlı cərrah və türkoloq, professor Cavad Heyətin səhhəti stabildir . Bu barədə davam.az saytına professorun müalicə aldığı Gömrük Hospitalından məlumat veriblər.
Məşhur cərrahın həkimi bildirib ki, C. Heyətin səhhətində heç bir dəyişiklik yoxdur:
"O, nəfəs çatışmazlığından əziyyət çəkir. Hazırda reanimasiya şöbəsində müalicə alır. Onun xəstəxananı nə zaman tərk edəcəyi barəsində hələ heç nə deyə bilmərik. Yaxınları onu tez-tez ziyarət edirlər".
Qeyd edək ki, bir necə həftə öncə C.Heyətin vəziyyəti ağırlaşdığı üçün o Gömrük Hospitalına yerləşdirib.
Xatırladaq ki, C.Heyət Tehrandan Bakıya ötən ayın sonlarında gəlib və burada səhhəti pisləşib.
Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. O cərrah-alimdir. İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirib, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvüdür. Tehranda Azərbaycan dilində şap edilən "Varlıq" dərgisinin təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifidir. Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktorudur.