“Ümumdünya Göllər Günü”ndə güney azərbaycanlı uşaqlar Binabın “Qara Qışlaq” gölməçəsi üçün bir araya gəliblər+video Güney Azərbaycan

“Ümumdünya Göllər Günü”ndə güney azərbaycanlı uşaqlar Binabın “Qara Qışlaq” gölməçəsi üçün bir araya gəliblər+video

Güney Azərbaycanın ətraf mühit fəalları tərəfindən Binabda düzənlənən tədbirdə güneyli uşaqlar “Ümumdünya Göllər Günü” qeyd ediblər.

Fevral ayının 2-də Binabın Qara Qışlaq gölməçəsi yanında düzənlənən tədbirdə güneyli uşaqlar milli geyimlərində hamını bu gölməçənin məhv olmasının qarşısını almağa çağırıblar.

Bu, azərbaycanlılar tərəfindən təbiətin qorunmasına verilən önəmlə yanaşı, bəyənilən mədəni addım kimi uşaqların ətraf mühitin gözəlliyi və orunması ilə bağlı mədəni düşüncələrinin formalaşmasında önəmli rol oynayır.

Binabın ətraf mühit fəallarından biri bildirib ki, Qara Qışlaq gölü özünəməxsus gözəlliyi və potensialı ilə təbiət abidələri siyahısına salınmağa layiqdir. Ancaq təəssüflə bu yöndə hər hansı bir addım atılmayıb.

Xatırladaq ki, İran “Beynəlxalq Göllər Konvensiyası”nın qurucusudur. Ölkədə 25 göl qeydiyyata alınıb. Ancaq Binabın Qara Qışlaq gölməçəsi çoxsaylı istəklərə baxmayaraq hələdə bu siyahıya salınmayıb.

Ümumdünya Göllər Günü hər il 2 fevral tarixində keçirilir. Konvensiyanın təsis sənədi 2 fevral 1971-ci ildə, İranın Ramsər şəhərində imzalanıb.

پاسگاه محیط‌بانی در تالاب

Qara Qışlaq gölü Binabda, Şərqi və Qərbi Azərbaycan sınırında, Urmu gölünün yaxınlığında yerləşir. Özünəməxsus gözəlli ilə seçilən təbiət əsəri ölkənin Şimal-Qərb bölgəsinin “göllər gəlini” adını qazanıb.

Mülayim və xoş iqliminə görə, hər il gölə dünyanın çüşidli bölgələrindən yüz minlərlə quş köç edir. Bura 1985-ci ildən ov üçün qadağan bölgə elan edilib. Hazırda bölgə vəhşi heyvanların sığınacağı kimi tanınır.

Urmu gölünün quruması və su qaynaqlarından düzgün istifadə etməmək bu gölə ciddi ziyanlar vurub.

Gunaz.tv