Təbrizin tarixi Kələntər binası dağılmaq üzrədir Güney Azərbaycan

Təbrizin tarixi Kələntər binası dağılmaq üzrədir

İranın Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin ögey münasibəti və yerli təşkilatların laqeydliyi nəticəsində Təbrizin tarixi abidələrindən sayılan “Kələntər” tikilisini dağılmaq təhlükəsi gözləyir.

Qacarlar dönəmində tikilən və Təbrizin üçüncü Bələdiyyə başçısı “İbrahım Xan Kələntər”ə məxsus tarixi bina, Təbriz şəhərinin tarixi “Beylankı” məhəlləsində, Kələntər bağında yerləşir.
Tikili 2013-cü ildə milli əsərlər siyahısına salınsa da. Onun yenidən qurulması və qorunması ilə bağlı addım atılmayıb.

Image result for خانه تاریخی کلانتر تبریز در آستانه نابودی کامل قرار گرفت

İSNA xəbər agentliyi abidə ilə bağlı yayınladığı xəbərdə “abidənin yenidən qurulması bir yana, bura şübhəli şəxslərin, o cümlədən qızıl və antik əşya axtaranların get-gəl yerinə çevrildiyi üçün bina ciddi xəsarətlər alıb” yazır.
Xəbərə görə, tikilinin iç naxışları, tavanı və yeri dağılıb. 2 il öncə qıraqdan gətirilən “usta”ların yarımçıq qalan yarıtmaz əməyi nəticəsində abidənin iç quruluşuna ciddi ziyan vurulub. Tavanı bir neçə yerdən üçüb.
Bina Şərqi Azərbaycan Təhsil Baş İdarəsinin mülkiyyətində olsada Mədəni İsr Təşkilatı onun qorunması və yenidən qurulması üçün məsuliyyət daşıyır.
Qeyd edək ki, Beylankı Təbriz şəhərinin ən qədim və tarixi məhəllələrindən sayılır. Elxanlılar dönəmində Xoca Nəsirəddin Tusinin təşəbbüsü ilə tikilən “Rübi Rəşidi” Universiteti məhəllənin əhəmiyyətini dahada artırıb.
Son aylar Güney Azərbaycanın tarixi abidələrinin mərkəzi hökumət və ilgili qurumların laqeydliyi nəticəsində dağılması ilə bağlı çoxsaylı faktlar mətbuatda yayınlanıb.
İranın Mədəni İrs Nazirliyinin yerli şöbələri abidələrin qorunması və yenidən qurulması ilə bağlı azərbaycanlıların çox saylı müraciətlərinə cavab olaraq büdcələrinin olmadığını bildirirlər. Ancaq farsdilli əyalətlərdə abidələrin qorunması və onarılması üçün dövlət budcəsindən ayrılan külli məbləğdə vəsait bunun Azərbaycan abidələrinə qarşı biganəliyin budcə ilə əlaqəli olmadığını göstərir.

Gunaz.tv