Putin: Kiyev dialoqdan imtina edərsə, Rusiya məqsədlərinə hərbi yolla çatacaq
Putin: Rusiya Tramp administrasiyası ilə dialoqda müşahidə olunan irəliləyişi alqışlayır
Azad edilmiş ərazilərdə verilən güzəştli kreditlərin həcmi açıqlanıb
32 saylı bağçada uşaqlara iylənmiş ətdən yemək bişirildiyi ilə bağlı iddialara aydınlıq gətirilib
16 Aprel 2021 11:42
23 716
Qərbi Azərbaycanın Soyuqbulaq (Mahabad) şəhərində narkoticarət şəbəkəsinə qarşı əməliyyat keçirilib.
Soyuqbulaq şəhərinin polis rəisi polkovnik Məhəmməd Tohidinin verdiyi məlumata görə, aprelin 15-də həyata keçirilən əməliyyat nəticəsində 47 kq ən təhlükəli narkotik maddələrdən hesab edilən şüşə aşkar edilərək götürülüb.
Soyuqbulaq şəhərinin polis rəisi polkovnik Məhəmməd Tohidi aprelin 15-də keçirilən əməliyyat nəticəsində 47 kq narkotik maddə olan şüşənin aşkarlanaraq götürüldüyünü bildirib.
O, daxil olan məlumat əsasında şəhər evlərinin birində aparılan axtarış zamanı başqa növ narkotikanın, partlayıcı qurğularda istifadə olunan maddələrlə yanaşı 110 litr toluen turşusu, 930 qram efedrin, 120 qram hidrosodyumun da ələ keçirildiyini deyib.
Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində narkotik maddələrin alveri ilə məşğul olanlar əsasən kürd silahlı qruplaşmalarına yaxın şəxslərdirlər.
Narkotik maddələrin satışından əldə edilən gəlir o təşkilatların əsas gəlir qaynaqlarından birini təşkil edir.
Gunaz.tv
11:25
826
16 Dekabr 19:11
1 323
16 Dekabr 12:57
1 477