F1 Azərbaycan Qran Prisinə qoşulan xarici könüllülərin sayı açıqlanıb İdman

F1 Azərbaycan Qran Prisinə qoşulan xarici könüllülərin sayı açıqlanıb

Formula 1 Azərbaycan Qran Prisinə 100-ə yaxın xarici könüllü qatılacaq.

Bu barədə Trend-ə Bakı Şəhər Halqasından məlumat verilib.

Bu il yarışa 1500 yerli könüllü cəlb olunacaq. Yerli könüllülərlə yanaşı, həmçinin 100-ə yaxın xarici könüllü yarışın təşkilinə öz dəstəyini göstərəcək.

Xarici könüllülər ABŞ, İrlandiya, İsveçrə, İndoneziya, Pakistan, Çin, Tanzaniya, Qana, Qazaxıstan kimi ölkələrdən yarışa qatılaraq yerli könüllülərlə birgə çalışacaqlar.
Könüllülərin çoxu tribunalar, biletlər və kütləyə nəzarət kimi vəzifələri icra edəcəklər.

Xatırladaq ki, 2022 Formula 1 Azərbaycan Qran Prisi üçün 8000-ə yaxın könüllü qeydiyyatdan keçib, onlardan 1500-ü müsahibə əsasında seçilərək yarışa cəlb olunub.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.