Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
13 İyun 2022 10:11
13 888
“Bundan gözəl mənzərə ola bilməz. Təəssüratlarım çox xoşdur”.
Apasport.az saytının məlumatına görə, bunu bunu minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Davud Kərimi hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Avropa çempionatında yığmamızın qızıl medalları qazanmasına müstəsna rol oynayan qolkiper hava limanındakı qarşılanmaya görə sevincli olduğunu söyləyib: “Azərbaycan xalqının duaları sayəsində çempion olduq. İnsanlar hava limanına gələrək bizi qarşılayır, bundan gözəl an ola bilməz”.
Kərimi finalda qalib gəldikləri Rumıniyaya qrupda 0:2 hesabı ilə məğlub olmalarının səbəbini də açıqlayıb: “Qrupda Rumıniyaya uduzmağımızın səbəbi o idi ki, ilk matçımıza çıxırdıq. Həmin vaxt ab-havanı, atmosferi hələ tam yaxalamamışdıq. Meydança da bir az çətinlik yaratdı. Qrupdan çıxdıqdan sonra məlum oldu ki, rumınlarla bir də finalda qarşılaşa bilərik. Baş məşqçimiz Elşad Quliyev stadionda bütün oyunları izləyirdi, həmçinin biz də oteldə baxırdıq, təhlil edirdik. Bu təhlillərin nəticəsində finalda Rumıniyaya qalib gəldik”.
Qeyd edək ki, mini futbol üzrə Azərbaycanın millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olub. Davud Kərimi isə turnirin ən yaxşı qapıçısı seçilib.
25 Sentyabr 15:27
1 197
25 Sentyabr 10:24
1 232
24 Sentyabr 16:18
1 575