13 Oktyabr 2024 20:21
4 158
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Belarusda təlim-məşq toplanışı zamanı ikinci yoldaşlıq görüşünü keçirib.
Xalqcebhesi.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində 48-ci dəqiqədə Nihad Orucəli fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 10-da keçirilən ilk yoldaşlıq oyununda meydan sahibləri 6:1 hesablı qələbə qazanıblar.
09:13
707
13 Mart 17:20
1 155
12 Mart 16:23
1 582