Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
19 Dekabr 2024 17:35
7 007
Juninyo "Sevilya"dan təklif alanda bu xəbərə çox sevinib.
Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Misli Premyer Liqasının III turundan təxirə salınmış "Şamaxı" oyundan sonra mətbuat konfransında açıqlama verən təcrübəli mütəxəssis Ağdam təmsilçisinin hücumçusu Juninyonun İspaniya təmsilçisi "Sevilya"ya keçidini istisna etməyib:
"Juninyo bu xəbəri eşidəndə çox sevinib. Futbolçuya səmimi davranışına görə təşəkkür edirəm. Onun gedişi hər bir futbolçu kimi bizə problem yarada bilər. Çünki yeni gələnlər uyğunlaşma problemi yaşayırlar. "Sevilya" kimi klubdan təklif gəlməyi xoşdur. Hazırda danışıqlar davam edir. Futbolçularımız artıq Avropa bazarına çıxıb".
Qeyd edək ki, III turun görüşündə "Qarabağ" səfərdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib.
25 Sentyabr 15:27
1 274
25 Sentyabr 10:24
1 323
24 Sentyabr 16:18
1 645