İsrail Qəzzada məktəbə hücum etdi! Ölənlər var Dünya

İsrail Qəzzada məktəbə hücum etdi! Ölənlər var

İsrail ordusu Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc Qaçqınlar Düşərgəsindəki məktəbə hava zərbəsi endirib. Hücumda əksəriyyəti uşaq olan 17 nəfər həyatını itirib.
Xalqcebhesi.az xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzində yerləşən Bureyc qaçqın düşərgəsində qaçqınların yerləşdiyi məktəbə zərbələr endirib.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) idarə etdiyi məktəbə hücumda əksəriyyəti uşaq olmaqla 17 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Son hücumdan sonra bu gün İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda həlak olanların sayı 30-a çatıb.

Məryəm