
"Hörümçək toru”nda ABŞ izi
11 İyun 23:28
11 İyun 23:28
11 İyun 23:23
11 İyun 23:17
"Qarabağ"ın yeni müqavilə bağlamadığı Patrik Andrade Azərbaycanda qala bilər.
Xalqcebhesi.az “Sportinfo"ya istinadən xəbər verir ki, "Neftçi" yarımmüdafiəçi ilə təmasa keçib.
Bakılılar Kabo-Verde yığmasının üzvünə iki illik müqavilə təklif edib.
32 yaşlı afrikalı 2020-ci ildən "Qarabağ"da oynayırdı. 2022-ci ildə "Partizan"a getmiş, amma bir mövsüm bitən kimi geri qayıtmışdı.
Əvvəllər müxtəlif Portuqaliya klublarında oynamış Patrik ölkəmizə Bolqarıstan "Çerno More"sindən gəlib.
Qeyd edək ki, "Neftçi" ilə yanaşı, "Sabah" və "Zirə" də Patrikə maraq göstərir. Ona ən yaxşı şərtləri təklif edən isə "ağ-qaralar"dır.