
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Qərbi Afrika ölkəsi Qanada meymunçiçəyi virusuna yoluxma hallarında artım müşahidə olunur. Qana Səhiyyə Xidməti (GHS) ölkədə 34 yeni yoluxma halının qeydə alındığını açıqlayıb. Beləliklə, ümumi yoluxma sayı 79-a çatıb.
Xalqcebhesi.az xəbər verir ki, GHS-nin məlumatına görə, yeni yoluxma halları ölkənin 10 vilayətində qeydə alınıb. Hazırda 4 nəfərin xəstəxanada müalicə aldığı, virusla təmasda olan şəxslərin izlənildiyi və ölkə miqyasında epidemioloji nəzarət tədbirlərinin gücləndirildiyi bildirilib.
Səhiyyə qurumu vətəndaşlara döküntü, qızdırma, limfa düyünlərində şişkinlik və əzələ ağrısı kimi simptomları müşahidə etdikləri təqdirdə dərhal yaxınlıqdakı tibb müəssisəsinə müraciət etmələri ilə bağlı kritik xəbərdarlıq edib.
Məryəm Quliyeva