Süni intellekt yatırımları enerji sahəsini geridə qoydu Dünya

Süni intellekt yatırımları enerji sahəsini geridə qoydu

Qlobal enerji bazarlarında ötən il süni intellektə (AI) edilən sərmayələr enerji sahəsindəki risk kapitalı yatırımlarını üç dəfə üstələyərək 84 milyard dollara çatıb.

Xalqcebhesi.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) bu il 10-cu dəfə yayımladığı Dünya Enerji Yatırımları hesabatına əsasən, enerji sektorunda artan maliyyətlər və siyasət sahəsindəki qeyri-müəyyənliklər investisiya qərarlarını zəiflədib. Nəticədə, kapital daha çox süni intellekt mərkəzli layihələrə yönəlib.

Hesabatda bildirilir ki, şirkətlərin enerji üzrə tədqiqat və inkişaf (AR-GE) xərcləri 2020-ci ildən bəri ən zəif artım səviyyəsini göstərib. Risk kapitalı yatırımları isə 2024-cü ildə 8 milyard dollar azalıb. Yüksək faiz dərəcələri innovativ şirkətlər üçün birbaşa sərmayə yatırımlarını daha az cəlbedici edib.

Bunun əksinə olaraq, süni intellekt sahəsindəki maraq sürətlə artmaqda davam edir. 2024-cü ildə süni intellekt layihələri, enerji ilə bağlı risk kapitalı yatırımlarının təxminən üç mislinə bərabər olaraq 84 milyard dollar yatırım cəlb edib.

Süni intellektə olan bu maraq, eyni zamanda enerji sistemlərinin optimallaşdırılması və enerji innovasiyaları üçün də yeni imkanlar yaradır.

Məryəm Quliyeva