
Şəhid ailəsi üçün Prezident təqaüdü 700 manat olub
12 İyun 17:24
Cənubi Qafqaz regionunun əsas gündəmi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalaması ilə bağlıdır. İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrın 19-20-də antiterror tədbirlərindən sonra sülh sazişi ilə bağlı yeni imkanlar yaranıb. Amma hələ də sülh gündəminə mane olan məqamlar var. Bunlardan başlıcası da minalı ərazilərin xəritəsi ilə bağlıdır. Mina terroru - ümumilikdə erməni terrorunun əsas göstəricilərindən biridir.
Ermənistanın mina terroru 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə daha açıq və aydın formada özünü göstərir. Əslində 2020-ci ildən bu yana yüzlərlə Azərbaycan vətəndaşı mina terrorunun birbaşa və yaxud dolayı yolla qurbanına çevrilib və belə olan təqdirdə bu, bir daha onu göstərir ki, Ermənistan qisasçılıq mövqeyindən əl çəkmir. Çünki onların uzun illər əraziləri minalaması nəticəsində bu proses davam edir.
Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar həyat və sağlamlıqlarını itirməkdədir. 2020-ci ildən etibarən Ermənistan tərəfdən basdırılan minalar, həmçinin partlamamış hərbi sursatların partlaması nəticəsidə 397 nəfər həlak olub və ya yaralanıb. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ötən ayın sonlarında yaydığı məlumatında deyilir ki, Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər həlak olub və ya yaralanıb.
Vurğulanıb ki, yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və sakinlərin öz evlərinə qayıtmasına mane olur.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə X hesabında yazıb ki, 2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub.
"Bu minalar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı məqsədli şəkildə və geniş miqyasda yerləşdirilib. Bir çox hallarda minalar hərbi zərurət olmadan, sırf mülki əhalini hədəfə almaq və köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitmək məqsədilə basdırılıb. Bu mənada minalar kütləvi qırğın silahları qismində çıxış edir və ciddi təhlükə mənbəyidir", - Hikmət Hacıyev qeyd edib.
Onu da qeyd edək ki, işğal dövründə ərazilərimizə basdırılan minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir.
Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpa olunmasını çətinləşdirməyə səbəb olur.
Ermənistanın mina terrorunun beynəlxalq ictimaiyyətə çatdırılmasında QHT-lərin rolunu da xüsusi qeyd etmək lazımdır.
Bu il Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistanın mina terroru xarici mediada" adlı layihəsinin icrasına başlayıb.
Layihənin rəhbəri Fuad Əliyev qəzetimizə bildirib ki, Ermənistanın mina terroru 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə daha açıq və aydın formada özünü göstərir. Əslində 2020-ci ildən bu yana yüzlərlə Azərbaycan vətəndaşı mina terrorunun birbaşa və yaxud dolayı yolla qurbanına çevrilib və belə olan təqdirdə bu, bir daha onu göstərir ki, Ermənistan qisasçılıq mövqeyindən əl çəkmir. Çünki onların uzun illər əraziləri minalaması nəticəsində bu proses davam edir.
Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar həyat və sağlamlıqlarını itirməkdədir. 2020-ci ildən etibarən Ermənistan tərəfdən basdırılan minalar, həmçinin partlamamış hərbi sursatların partlaması nəticəsidə 397 nəfər həlak olub və ya yaralanıb. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir.
O, qeyd edib ki, işğal dövründə ərazilərimizə basdırılan minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir: "Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpa olunmasını çətinləşdirməyə səbəb olur".
F.Əliyev qeyd edib ki, minalar istehsal edən, onu qanunsuz şəkildə ərazilərimizə yerləşdirən Ermənistan hələ də qınanılmayıb. Rəsmi Bakı dəfələrlə Ermənistana düzgün xəritələrin verilməsi ilə bağlı çağırış edib. Nəzərə almaq lazımdır ki, mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir: "Ermənistanın Azərbaycana minalanmış sahələrin doğru xəritələrini verməməsi bir daha onu göstərir ki, işğalçı ölkə hələ də düşmənçilik niyyətindən əl çəkməyib və onun xəritələri verməməkdə əsas məqsədi daha çox mülki vətəndaşın ölümünə səbəb olmaq, işğaldan azad etdiyimiz ərazilərdə dinc həyatın bərpasına və vətəndaşlarımızın doğma yurd-yuvasına qayıtmasına maneə törətmək, başqa sözlə desək, bölgədə daim hərbi gərginliyi qoruyub saxlamaqdan ibarətdir".
F.Əliyev vurğulayıb ki, Ermənistanın 30 illik talan və dağıntılarından sonra Azərbaycan dövləti işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, keçmiş köçkünləri yurdlarına qaytarır. Lakin mina təhdidi bu prosesə ciddi əngəldir, vətəndaşların həyat və sağlamlığı üçün təhlükə mənbəyidir.
Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibədir. Azad edilmiş ərazilərdəki yaşayış evlərində, qəbiristanlıqlarda və digər yerlərdə aşkar edilən minalar, o cümlədən tələ minalar buna sübutdur. Hətta bir sıra kütləvi məzarlıqların ətrafı minalanıb. Doğmalarının qalıqlarını illərin həsrətindən sonra bu yerlərdə tapmağa çalışan, ziyarətə gələn insanlar üçün minalar basdırılıb. Mülki əhali ilə yanaşı heyvanlar da mina terrorunun qurbanına çevrilirlər. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Bu, bəşəri cinayətdir.
Minatəmizləyənlərin qiymətləndirməsinə görə, təmizlənən və ya gələcəkdə təmizlənməsi planlaşdırılan ərazilərdə təxminən 4,5 milyon mina basdırıla bilər. Mütəxəssislərin hesablamalarından aydın olur ki, Ermənistan tərəfindən basdırılan minaların ümumi dəyəri 400 milyon dollar ola bilər. Yerli miqyasda bu, astronomik məbləğdir. Belə çıxır ki, işğal illərində Ermənistan Azərbaycan ərazilərinin minalanmasına 2020-ci ilin hərbi büdcəsinin 50 faizini və ya dövlət büdcəsinin 10 faizini xərcləyib: “Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il iyul ayında II Şuşa Qlobal Media Forumunun açılış mərasimində toxunduğu mövzulardan biri də Ermənistanın müharibədən sonra Azərbaycan ərazisini minalarla çirkləndirilməsi oldu.
“2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra, bizim Laçın dəhlizi üzərində nəzarətimiz olmadığı dövrdə Ermənistandan mina daşınır və onlar Qarabağda basdırılırdı. Biz bunu necə bilirik? Çünki o minaların üzərində “İstehsal tarixi 2021-ci il, Ermənistanda istehsal edilmişdir” yazıları var. Yəni, təsəvvür edin ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra belə onlar bizə qarşı mina terroru həyata keçirirdilər”.
Bu gün dünyanın bir çox ölkələrinin mina terrorundan əziyyət çəkdiyini forum iştirakçılarının diqqətinə çatdıran dövlətimizin başçısı Ermənistanın bizə verdiyi mina xəritələri tamamilə yararsız, dəqiq olmadığını da qeyd edib: “Əvvəl biz onlardan xahiş edəndə deyirdilər ki, onların baş nazirləri mənə deyirdi ki, bizdə xəritələr yoxdur. Ancaq sonra etiraf etməli oldular ki, xəritələr var, amma onlar tamamilə yararsızdır”.
Keçmiş köçkünlərin doğma yurdlarına qayıdışına ən böyük maneənin məhz minalar olduğunu deyən İlham Əliyev Azərbaycanın həmin ərazilərin reabilitasiyasının daha sürətli aparılması üçün infrastruktur layihələrinin və yaşayış binalarının inşasına başlamamışdan əvvəl o ərazilərin minalardan təmizləndiyini qeyd edib: “Təəssüflər olsun ki, bizim kifayət qədər resursumuz, təcrübəli heyətimiz yoxdur. Beynəlxalq təşkilatlar və şirkətlər bizə elə qiymətlər təklif edirlər ki, hər bir kvadratmetrə təklif edilən qiymət 5-10 dəfə artıqdır. Çünki bizim də özümüzün Minatəmizləmə Agentliyimiz və şirkətlərimiz var. Bu, nə qədər davam edəcək, bunu demək çox çətindir”.
QHT sədri sonda onu da vurğulayıb ki, layihənin həyata keçirməkdə əsas məqsəd Ermənistanın mina terrorunu internet üzərindən dünya ictimaiyyətinə çatdırmaqdır: "Bununla bağlı Rusiya, Pakistan, Türkiyə, Ukrayna, Gürcüstan və Qırğızıstan mediasında rus, türk, ingilis, Ukrayna, gürcü dillərində yazılar ictimailəşdiriləcək. Təbliğatın daha geniş auditoriyanı əhatə etməsi üçün yazılar müxtəlif sosial şəbəkələr vasitəsilə də paylaşılacaq, layihənin sonunda yekun tədbir keçiriləcək: “Beynəlxalq ictimaiyyət Ermənistanın minalardan istifadə etməklə Azərbaycana qarşı davam edən mina terroruna göz yummamalıdır. Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir. Doğrudur, bəzi beynəlxalq təşkilatlar və ölkələr bu məqsədlə müəyyən maliyyə dəstəyi ayırıb. Amma qeyd etdiyimiz kimi, müvafiq beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdır. Onlar Ermənistan tərəfindən törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsirlər göstərməlidir”.
Cavid