“Araz-Naxçıvan” Konfrans Liqasında ilk oyununa çıxır İdman

“Araz-Naxçıvan” Konfrans Liqasında ilk oyununa çıxır

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Yunanıstanın “Aris” kollektivini qəbul edəcək.

“Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

24 iyul

20:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Aris” (Yunanıstan)

Baş hakim: Andrei Çivulete

Baş hakimin köməkçiləri: Mirça Mixail Qriqoriu, Andrey Qabriel Konstantinesku

Dördüncü hakim: Radu Petresku