18 Avqust 15:40
Çadayev Azərbaycan ittihamlarından sonra Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən gedib
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Trampın Hörmüzlə bağlı iddiasına reaksiya verib
Əraqçi: Prezident Pezeşkianın Azərbaycan Prezidenti ilə telefon danışığı vəziyyəti tamamilə dəyişdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
30 Sentyabr 2025 11:30
9 352
“Müstəqillik dövrünün ən yaxşı hekayələri” kitabı “Park” Nəşriyyatında çapdan çıxıb.
Kitabda 33 müəllifdən, ümumilikdə 33 hekayə toplanılıb.
“Müstəqillik dövrünün ən yaxşı hekayələri” kitabı 90-cı illərdən bu günə qədər Azərbaycan hekayəçiliyinin seçilmiş nümunələrini toplayır. Topluda insan talelərinin mürəkkəbliyi, sosial dəyişikliklər və yeni həyat tərzinin doğurduğu ziddiyyətlər ədəbiyyat dili ilə təqdim olunur. Müəlliflər öz əsərlərində müasir dövrün problemlərinə bədii prizmadan yanaşırlar. Hekayələrdə həm fərdi hisslər, həm də ictimai ovqat öz əksini tapır. Müxtəlif nəsillərə mənsub yazıçıların qələmi ilə formalaşan bu mətnlər ədəbiyyatımızın zənginliyini nümayiş etdirir. Toplu həmçinin müasir Azərbaycan hekayəçiliyinin üslub müxtəlifliyini və bədii eksperimentlərini özündə birləşdirir. Oxucu kitabı vərəqlədikcə, müstəqilliyin ədəbi portretini görəcək. Belə bir toplu Azərbaycanda ilk dəfə nəşr olunur", - annotasiyada qeyd olunub.
Qeyd edək ki, kitab 1–7 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunacaq və satışa çıxarılacaq.
4 Avqust 13:34
1 211
23 İyul 07:12
1 995
29 İyun 10:40
2 625