Nihat Abbasov: "Doğma vətəndə qızıl medal qazanmaq böyük fəxrdir" İdman

Nihat Abbasov: "Doğma vətəndə qızıl medal qazanmaq böyük fəxrdir"

Doğma vətəndə qızıl medal qazanmaq böyük fəxrdir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın lll MDB Oyunlarında 71 kq çəki dərəcəsində mübarizə aparan güləşçisi Nihat Abbasov jurnalistlərə açıqlamasında deyib.

O, yarışa çox yaxşı hazırlaşdığını bildirib:

"Şükürlər olsun, əziyyətim yerdə qalmadı. Bu qələbəmi ailəmə və məşqçilərimə həsr edirəm. Gələcəkdə də keçirilən yarışlarda qızıl medal sahibi olmaq üçün daha da yaxşı məşq edəcəm. Yeni nailiyyətlər əldə edəcəyəm".

Qeyd edək ki, N.Abbasov finalda Rusiya təmsilçisi Zubair Baqilova qalib gəlib.