“Layiqli yeni portnyor tapmağa çalışıram” İdman

“Layiqli yeni portnyor tapmağa çalışıram”

Azərbaycan millisinin fiqurlu konkisürəni Varvara Oqloblinanın apasport.az saytına müsahibəsi

- Artıq yeni mövsümə start verilib. Lakin beynəlxalq turnirin iştirakçıları arasında adınıza rast gəlmədik. Bu nə ilə bağlıdı?
- Təəssüf ki, partnyorum Mixail Jirnov idmançı karyerasını başa vurdu. Bu üzdən artıq onunla birgə çıxış edə bilmirəm.
- Jirnovun belə addımından sonra sizin gələcək karyeranız necə olacaq?
- Hazırda Olimpiadanın başa çatmasını gözləyir və layiqli yeni portnyor tapmağa çalışıram. Bu partnyor elə idmançı olmalıdı ki, onunla birlikdə yüksək səviyyədə çıxış edə bilim.
- Qısa zaman kəsiyində partnyor tapmaq mümkündümü?
- Olimpiya mövsümündə yeni portnyor tapmaq heç də asan məsələ deyil. Bu üzdən də bir az səbir etməli və dözməliyəm.
- Bu istiqamətdə hansısa addımlar atmısız?
- Fiqurlu konkisürmədə cütlərin özünə partnyor tapması üçün xüsusi rəsmi sayt var. Artıq oraya öz elanımı yerləşdirmişəm.
- Belə vəziyyətdə gələcək karyeranızı necə görürsüz?
- Mənə karyeramı davam etdirib və ya etdirməyəcəyimlə bağlı sualı belə cavablandırmaq çətindi. Həqiqətən də indi hər şey çox ağırdı.
- Partnyor tapdıqdan sonra yenidən Azərbaycan millisinin şərəfini qoruyacaqsız?
- Bu sualı Azərbaycan Konkisürmə Federasiyasının rəsmiləri cavablandıra bilər. Onlar artıq bizim cütün ayrıldığından xəbəri var. Bunu müzakirə etmişik.
- Bəs hazırlıqlarınızı necə davam etdirirsiz?
- Partnyorumun karyerasını bitirməsi səbəbindən məşqlərimi tək davam etdirirəm.