12:45
518
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində ən çox qol vuran futbolçu bəlli olub.
AZƏRTAC xəbər verir ki, bu, Norveç millisinin ulduz hücumçusu Erlinq Holandır.
İngiltərənin “Mançester Siti” komandasının oyunçusu seçmə mərhələni 16 qol və 2 məhsuldar ötürmə ilə başa vurub.
İkinci yerdə Niderland yığmasının hücumçusu Memfis Depay (8 qol, 4 məhsuldar ötürmə), üçüncü pillədə isə Avstriya millisinin forvardı Marko Arnautoviç (8 qol və 1 məhsuldar ötürmə) qərarlaşıb. İngiltərə yığmasının üzvü Harri Keyn 8 qol vursa da, heç bir məhsuldar ötürmə edə bilməyib. Buna görə də ilk “üçlük”də yer almayıb.