14:12
336
Türkiyə təmsilçilərindən “Fənərbağça”nın yeni mövsüm üçün heyətdə düşünmədiyi Dominik Livakoviç klubdan ayrıla bilər.
Xorvatiyanın “Index” nəşri 31 yaşlı qapıçı ilə bağlı maraqlı transfer planının gündəmə gəldiyini yazıb.
Məlumata görə, Livakoviçi yenidən heyətinə qatmaq istəyən Zaqreb “Dinamo”su üçün əsas problem “Fənərbağça”nın tələb etdiyi transfer haqqıdır. Futbolçunun meneceri Endi Bara bu səbəbdən “Barselona”nı danışıqlara cəlb edib.
İddiaya əsasən, Kataloniya klubu Livakoviçi “Fənərbağça”dan 3 milyon avro və bonuslar qarşılığında transfer edə, daha sonra isə onu bir mövsümlük Zaqreb “Dinamo”suna icarəyə verə bilər.
Plan baş tutacağı halda xorvatiyalı qapıçı icarə müddəti başa çatdıqdan sonra “Barselona”ya qayıdaraq Joan Qarsiyanın ehtiyat oyunçusu olacaq.
Zaqreb “Dinamo”sunun rəhbərliyi Livakoviçi uzun müddətdir geri qaytarmaq istəyir. Qapıçının özünün də keçmiş klubuna dönməyə müsbət yanaşdığı bildirilir.
12:18
434
18 Avqust 22:01
700
18 Avqust 16:01
854