15:00
406
Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Özbəkistan xarici işlər naziri Baxtiyor Saidovla görüşüb.
Bu barədə Özbəkistan XİN rəhbəri “X” hesabında məlumat verib.
Görüşdə iki ölkə arasında son siyasi məsləhətləşmələrin nəticələri müsbət qiymətləndirilib.
Azərbaycan və Özbəkistan dövlət başçılarının fəal, dost və qarşılıqlı etimada əsaslanan dialoqunun ölkələr arasında müttəfiqliyin və strateji tərəfdaşlığın dinamik inkişafında oynadığı rolun vacibliyi vurğulanıb.
Samir Şərifov və Baxtiyor Saidov ikitərəfli gündəlikdə yer alan məsələləri ətraflı müzakirə edib.
14:54
399
13:56
588
18 Avqust 22:23
980