“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri başa çatıb Mədəniyyət

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri başa çatıb

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri tamamlanıb.

Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.

Bildirilib ki, memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunan ekran əsəri dövlət sifarişi ilə “Şahdağ Film” və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən birgə istehsal olunur.

Filmin son çəkilişləri ötən günlərdə həyata keçirilib. Ekran əsərinin çəkilişləri “Azərbaycanfilm” Kinostudiyası ilə yanaşı, Gəncə şəhərində, Qaradağ rayonunda və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində aparılıb.

Hazırda film post-prodakşn mərhələsindədir. Montaj, səs və digər texniki işlər tamamlandıqdan sonra ekran əsərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması nəzərdə tutulur.