17:36
203
“İnter” Kristian Moskeranı transfer etmək üçün hərəkətə keçib
Milan klubu “Arsenal”ın ispaniyalı müdafiəçisini uzunmüddətli transfer planına daxil edib.
22 yaşlı futbolçu ilə Türkiyənin “Fənərbağça”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Nəsr” klubları da maraqlanır.
“İnter” Moskeranı müdafiə xəttini gücləndirmək üçün perspektivli namizəd hesab edir.
Qeyd edək ki, “Arsenal” Kristian Moskeranı 2025-ci ilin yayında “Valensiya”dan 15 milyon avroya transfer edib. İspaniya U-21 millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində 5 rəsmi matçda iştirak edib.