25 Noyabr 23:34
25 Noyabr 23:32
08:55
217
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu yəni, TRIPP layihəsinin icrasına başlanması Cənubi Qafqazda uzun illər davam edən blokada və gərginlik dövrünü başa çatdıraraq, regionun geoiqtisadi xəritəsini yenidən formalaşdıracaq. 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış razılaşmadan sonra, 2026-cı il noyabrın 23-də Ermənistanın Mehri (Sünik) bölgəsində ilkin tikinti işlərinə rəsmi start verilməsi regional inteqrasiya baxımından dönüş nöqtəsi hesab olunur”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
M.Cəfərov qeyd edib ki, bu layihə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasətinin uğurudur və diplomatiyamızın qələbəsi sayılmalıdır: “TRIPP layihəsinin praktiki icrasına başlanılması Azərbaycanın milli maraqlarının təmin edilməsi, Cənubi Qafqazda dayanıqlı sülhün möhkəmləndirilməsi və regionun iqtisadi potensialının reallaşdırılması baxımından tarixi əhəmiyyət daşıyır. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş tarixi razılaşmaların artıq praktiki müstəvidə həyata keçirilməsinə başlanılması Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq təşəbbüslərinin real nəticələr verdiyini göstərir. Azərbaycan regionda yeni reallıqlar yaratmaqla kifayətlənmir, həm də bu reallıqlar əsasında Cənubi Qafqazın gələcək inkişaf istiqamətlərinin formalaşmasında mühüm rol oynayır”.
Deputatın sözlərinə görə, layihənin reallaşdırılması Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi mövqeyini də daha da gücləndirəcək: “Yeni nəqliyyat marşrutu Azərbaycanla Türkiyə arasında quru bağlantısını genişləndirməklə yanaşı, türk dünyasının iqtisadi inteqrasiyasına, Mərkəzi Asiya ilə Avropa arasında yükdaşımaların artmasına və Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunmasına şərait yaradacaq”.
Röya İsrafilova
25 Noyabr 23:42
791
25 Noyabr 23:34
910
25 Noyabr 23:32
763