"Tehranın cavabı qaçılmaz şəkildə asimmetrik və barışmaz xarakter alacaq" Gündəm

"Tehranın cavabı qaçılmaz şəkildə asimmetrik və barışmaz xarakter alacaq"

İran İslam Respublikasının siyasi arxitekturasının təhlili göstərir ki, ölkənin idarəetmə sistemi bir və ya bir neçə liderin şəxsi hakimiyyətinə əsaslanmır — Şah rejiminin süqutu dərslərinə istinad edərək Tehran dərin institutsionallaşmış, mərkəzləşdirilməmiş və ideoloji cəhətdən sıx birləşmiş bir mexanizm ("İslam İnqilabı Keşikçiləri Korpusu" və şiə din xadimləri elitasının simbiozu ilə) yaradıb ki, bu da sürətli və dayanıqlı əvəzləmə ehtiyatına malikdir. Müvafiq olaraq, yüksək rütbəli fiqurların fiziki cəhətdən aradan qaldırılması ssenarisi İslam Respublikasının sistemli kollapsına və ya Tehranın kapitulyasiyasına səbəb ola bilməz; əksinə, İslam Respublikasının siyasi məntiqində hər hansı belə bir güzəşt zəiflik və rejimin özünü ləğv etməsinə bərabər bir addım kimi qəbul ediləcək.

Bunu Yaxın Şərq üzrə ekspert Vasili Papava deyib.

"Bu fonda liderlərə qarşı yönəlmiş nöqtəvi əməliyyatlar İranı danışıqlar masasında güzəştə getməyə məcbur etməklə yanaşı, hakim elitanın və cəmiyyətin xarici təhdid ətrafında daha da kəskin konsolidasiyasına səbəb olacaq. Danışıqlar resursunun tamamilə məhv edilməsi ilə paralel olaraq, Tehranın cavabı qaçılmaz şəkildə asimmetrik və barışmaz xarakter alacaq ki, bu da münaqişəni genişmiqyaslı, idarəolunmaz regional eskalasiya fazasına keçirəcək" - o, qeyd edib.

Daha sonra qeyd edib ki, NBC NEWS-un məlumatına görə, Tramp administrasiyasının yüksək rütbəli rəsmiləri müharibəni bitirmək məqsədilə İranın yüksək rütbəli liderlərinin aradan qaldırılıb-qaldırılmaması məsələsini müzakirə edirlər… Bu addımın tərəfdarları iddia edirlər ki, bu, Tehranı güzəştə getməyə məcbur edə bilər, əleyhdarları isə xəbərdarlıq edirlər ki, bu, İranın mövqeyini daha da sərtləşdirə, danışıqlara xələl gətirə və ABŞ rəsmilərini təhlükə altına ata bilər. Sözügedən potensial planla bağlı Tramp hələlik yekun qərar qəbul etməyib.

Cavid