Dünya Çempionatı İdman

Dünya Çempionatı

Yaponiya - Yunanıstan - 0:0

Futbol üzrə Braziliyada keçirilən dünya çempionatında C qrupunun ikinci turunda məğlublar üz-üzə gəlib - Yaponiya Yunanıstanla görüşüb. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Kolumbiya ilə görüşdə 0:3 hesabı ilə məğlub olsalar da, zəif təsir bağışlamayan yunanların asiyalılara qalib gələcəyi gözlənilirdi. Ancaq yunanların kapitanının qırmızı vərəqə alaraq oyunu tərk etməsi bütün planların üstündən xətt çəkib. Oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Yaponiya-Yunanıstan oyununun 0:0 hesabı ilə yekunlaşması Kolumbiya millisinin DÇ-nin 8/1 final mərhələsinə adlamasını təmin edib. İki turun nəticələrinə əsasən, Kolumbiya millisinin aktivində 6, Kot-divuar - 3, Yaponiya və Yunanıstan komandalarında isə 1 xalı var.
Son turda Yaponiya Kolumbiya ilə, Yunanıstan isə Kot-divuar ilə oynayacaq.

C qrupu
Yaponiya - Yunanıstan - 0:0
Qırmızı vərəqə: Katsouranis, 38

Uruqvay - İngiltərə - 2:1
Futbol üzrə Braziliyada keçirilən dünya çempionatının D qrupunda Uruqvay - İngiltərə oyunu keçirilib.
APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, tərəflərin əvvəlki 10 görüşündə Uruqvay 4, İngiltərə isə 3 dəfə qələbə qazanıb. 3 görüşdə isə heç-heçə qeydə alınıb. Bu dəfə də Uruqvay millisi daha üstün olub. Suaresin 2 qoluna ingilislər Runinin 1 qolu ilə cavab verə biliblər.

II tur, D qrupu
Uruqvay - İngiltərə - 2:1
Qollar: Suares, 39; 85 - Runi, 75

Kolumbiya - Kot-dİvuar - 2:1

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin II turunun oyunları davam etməkdədir.
C qrupunda Kolumbiya Kot-dİvuar ilə üzləşib. İlk matçlarında qalib gələn 2 kollektiv bu dəfə kimin ən güclü olduğunu müəyyənləşdirməyə çalışıb. Bu komandalar da tarixləri ərzində ilk qarşılaşmalarını mundialda keçiriblər. Gərgin oyun 2:1 hesabı ilə Kolumbiyanın xeyrinə başa çatıb.
C qrupu
Qollar: James, 64; Quintero, 70 - Jervinyo, 73